Bank Of Baku

XVI əsrə aid unikal qlobus hərracda 154 min dollara satılıb

XVI əsrə aid unikal qlobus hərracda 154 min dollara satılıb
# 17 dekabr 2021 11:03 (UTC +04:00)

XVI əsrə aid, üzərində dəniz eybəcərləri olan, Şimali Amerika qitəsi üzərində "1530-cu ildə fəth edilib" yazısı əks olunan, Avstraliya qitəsinin isə olmadığı qlobus İngiltərənin "Hansons Auctioneers" hərracında 116 min funta (154,2 min ABŞ dolları) satılıb.

"APA-Economics" ticarət evinin məlumatına istinadən xəbər verir ki, ağac və kağızdan hazırlanmış və oyma ayaqlara malik olan qlobus antikvar yarmarkada 150 funt sterlinqə (199,4 dollar) satıldığı deyilir.

Mütəxəssislərin fikrincə, unikal qlobusun fransız fiziki və coğrafiyaşünası Fransua Demonjene tərəfindən 470 il əvvəl hazırlanıb. Hərracda qlobusa 5 kolleksiyaçı tərəfindən maraq göstərilib. Nəticədə qlobusa Şimali Amerikadan olan kolleksiyaçı sahib olub.

Xatırladaq ki, bu günə qədər gəlib çatmış ən qədim qlobus alman coğrafiyaçısı və naviqatoru Martin Behaym tərəfindən 1493-1494-cü illərdə Nürnberq Şəhər Şurası üçün hazırlanmış "Yerin alması" (diametri 507 mm) adlı metal top olub. Bayraqların, taxtlarda monarxların təsvirləri olan Behaymın qlobusu o dövrlərin coğrafi təsvirlərini əks etdirir. Qlobus 1907-ci ildən Nürnberqdə Almaniyanın Milli Muzeyində sərgilənir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR