Bank Of Baku

Yanvar-mart aylarında Azərbaycandan 89 ölkəyə məhsul ixrac olunub

Yanvar-mart aylarında Azərbaycandan 89 ölkəyə məhsul ixrac olunub
# 12 may 2023 12:27 (UTC +04:00)

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 89 ölkəyə məhsul ixrac olunub, 165 ölkədən idxal olunub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12269,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8239,4 milyon dollarını və ya 67,2%-i ölkədən ixrac olunmuş məhsulların, 4029,9 milyon dollarını (32,8%-i) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4209,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0,1%, real ifadədə 5,1%, o cümlədən idxal 13,7 faiz, ixrac isə 2,4% artıb.

2023-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2% artaraq 912,2 milyon dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR