2023-cü ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4% artaraq 7523,2 milyon manat olub.
Bu barədə “APA-Economics”ə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Qeyd edək ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 4656,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9% azalaraq 2866,8 milyon manata bərabər olmuşdur.
Xatırladaq ki, istehlak məhsullarının 35,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1%-i isə paytaxtın məhsul bazarlarında satılıb.