Bank Of Baku

Sergey Lavrov: “ABŞ-la raket hücumundan müdafiə məsələləri üzrə danışıqlarda irəliləyiş yoxdur”

Sergey Lavrov: “ABŞ-la raket hücumundan müdafiə məsələləri üzrə danışıqlarda irəliləyiş yoxdur”
# 20 iyun 2008 10:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Rusiya ilə ABŞ arasında raket hücumundan müdafiə məsələləri üzrə danışıqlarda tərəqqi yoxdur”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Onun sözlərinə görə, ABŞ İrandan gözlənilən təhlükə bəhanəsi ilə Polşada 10 antiraket sistemi, Çexiyada isə hava hücumundan müdafiə radarı quraşdırmaq istəyir. “Rusiya bu sistemlərin ölkənin təhlükəsizliyinə problem yaradacağından ehtiyatlanır. Bu məsələ ilə bağlı dialoqda irəliləyiş yoxdur, hər yeni dialoq göstərir ki, edilmiş təkliflər az inandırıcıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR