Bank Of Baku

Gürcüstanda birləşmiş müxalifətin liderlərinin deputat səlahiyyətlərinə xitam verilib

Gürcüstanda birləşmiş müxalifətin liderlərinin deputat səlahiyyətlərinə xitam verilib
# 20 iyun 2008 13:15 (UTC +04:00)
Tiflis APA. Gürcüstan parlamenti “Birləşmiş müxalifət - Milli Şura - Sağlar” blokunun mandatdan imtina etmiş 11 deputatının səlahiyyətinə xitam verib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, birləşmiş müxalifətin liderləri Eka Beseliya, David Qamkrelidze, Konstantin Qamsaxurdiya, Levan Qaçeçiladze, Koba Davitaşvili, Mamuka Katsitadze, David Saqanelidze, Qubaz Sanikidze, Pikriya Çixradze, Zviad Dzidziquri və Georgi Xaindrava səs çoxluğu ilə deputatlıqdan məhrum ediliblər. Parlamentin işində iştirak edən müxalifətçilər - birləşmiş müxalifətdən olan Condi Baqaturiya, Leyborist Partiyasından Ramaz Tedoradze və Respublika Partiyasından Qoderzi Marsaqişvili qərarın əleyhinə səs veriblər.
Xatırladaq ki, birləşmiş müxalifətlə yanaşı, leyboristlərin 6 deputatından 4-ü də mandatdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR