Bank Of Baku

AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi: “Gürcüstanda keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb”

AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi: “Gürcüstanda keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb”
# 23 iyun 2008 13:22 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. “Gürcüstanda yanvar ayında keçirilmiş prezident seçkiləri ilə müqayisədə may ayında keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi Matias Yorş bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən deyib. O bildirib ki, hər bir seçki onun keçirildiyi siyasi və sosial mühitlə birlikdə qiymətləndirilməlidir: “Parlament seçkilərində vəziyyətin aşkar şəkildə yaxşılaşması müşahidə edilib. Bu, həm namizədlərin qeydə alınması, həm də seçici siyahılarının tərtibində özünü göstərib. Əlbəttə, boşluqlar da var. Məsələn, seçkilərin gedişində ortaya çıxan mübahisələrin nəzərdən keçirilməsi prosesində çatışmazlıqlar mövcuddur. Məncə, seçkidən dərhal sonra bu mübahisələri həll etmək və gələcəkdə daha yaxşı seçki təşkil etmək məqsədilə seçki qanunvericiliyinə dəyişiklik edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR