Bank Of Baku

Dmitri Medvedev Rusiya-Ermənistan münasibətlərini müttəfiqlik kimi qiymətləndirib

Dmitri Medvedev Rusiya-Ermənistan münasibətlərini müttəfiqlik kimi qiymətləndirib
# 24 iyun 2008 12:50 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Kremldə Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edən D. Medvedev iki ölkə arasında geniş əhatəli məsələlərin müzakirə olunacağını bildirib: “Biz qarşılıqlı əlaqələrin siyasi, iqtisadi, sosial-mədəni tərəflərini müzakirə edəcəyik. Hesab edirəm ki, danışıqlar məhsuldar olacaq və Ermənistanla Rusiya arasında müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin səviyyəsinə uyğun gələcək”. S. Sarkisyan isə iki ölkə arasında əlaqələrin bunda sonra da qarşılıqlı anlayış və strateji tərəfdaşlıq şəraitində inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib: “Əminəm ki, bugünkü danışıqlar münasibətləri yeni səviyyəyə qaldıracaq”. O, həmkarını Ermənistana səfərə dəvət edib. D. Medvedev dəvətə görə təşəkkürünü bildirib.
Serj_Sarkisyan
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR