Bank Of Baku

Rusiya və Ermənistan öz xarici siyasətlərini əlaqələndirəcəklər

Rusiya və Ermənistan öz xarici siyasətlərini əlaqələndirəcəklər
# 24 iyun 2008 14:11 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Dmitri Medvedev və Serj Sarkisyanın imzaladığı bəyanatda deyilir ki, Rusiya və Ermənistan Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafına yönəlmiş birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə öz xarici siyasətlərini əlaqələndirəcəklər. Hər iki ölkə Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə və bütün tərəflərin qəbul edəcəyi əsasda tezliklə həllinə tərəfdar olduqlarını bildirərək ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətlə səylərini alqışlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR