Bank Of Baku

ABŞ Ermənistanın demokratik inkişaf yoluna qayıdacağına ümid edir

ABŞ Ermənistanın demokratik inkişaf yoluna qayıdacağına ümid edir
# 25 iyun 2008 14:07 (UTC +04:00)
İrəvan APA. “ABŞ Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırmaq niyyətində deyil. Biz hətta istəsək belə, bunu edə bilmərik”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistana səfəri zamanı ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Devid Kramer deyib. O bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya və Fransa ilə məhsuldar əməkdaşlıq edir və regionda sülhü, sabitliyi stimullaşdırır. Ermənistandakı daxili siyasi vəziyyətə toxunan D. Kramer ölkənin demokratik inkişaf yoluna qayıdacağına ümid etdiklərini söyləyib. ABŞ dövlət katibinin müavini son aylar Ermənistanda demokratiyanın tənəzzülünü müşahidə etdiklərini vurğulayaraq yerli hakimiyyəti bu problemi həll etməyə çağırıb. Onun sözlərinə görə, ABŞ və inkişaf etmiş demokratik dövlətlər İnsan Haqları Bəyannaməsinə əsasən Ermənistanda demokratiya və insan haqlarının vəziyyətindən narahatlıqlarını dilə gətirməyə borcludur: “Tənqid konkret təkliflərin mövcudluğu şəraitində məhsuldar olur. Ona görə də biz mitinqlərin keçirilməsinə və söz azadlığına qoyulmuş məhdudiyyətlərin tam ləğvi, siyasi fikirlərinə görə həbs olunmuş şəxslərin buraxılması, mart hadisələrinin ciddi və etibarlı təhqiqatının aparılması, vətəndaş cəmiyyətini və müxalifəti cəlb etməklə ciddi dialoqun qurulması təkliflərini irəli sürmüşük”. D. Kramer müxalifətin 20 iyun mitinqində mart hadisələrinin təkrarlanmamasından şad olduqlarını deyib: “Ümid edirik ki, yaxın vaxtlarda müxalifətin yeni mitinq keçirməsinə də imkan yaradılacaq və onların icazə üçün 40 dəfə müraciət etməsinə ehtiyac qalmayacaq”.
Qeyd edək ki, D. Kramerin regiona səfəri Gürcüstan və Azərbaycanı da əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR