Bank Of Baku

Belarus Ermənistana texnika satır

Belarus Ermənistana texnika satır
# 27 iyun 2008 11:56 (UTC +04:00)
Minsk. Kərim Həsənli APA. Belarusun “BelAZ” şirkəti ilə Ermənistanın dağ-mədən sənayesi müəssisələri arasında 1,5 miyon avro dəyərində saziş imzalanıb. APA-nın xəbərinə görə, Minsk vilayətinin qubernatoru Leonid Krupsun rəhbərlik etdiyi nümayəndə heyətinin Sünik (Zəngəzur) vilayətinə səfəri çərçivəsində bu barədə razılıq əldə olunub. “Dorelektromaş”, “Soter”, Borisov mis məmulatları zavodu kimi iri müəssisələrin təmsilçilərinin daxil olduğu heyətin səfəri zamanı Minsk vilayəti və Ermənistan şəhərləri arasında əlaqələrin gücləndirilməsi, ilin sonuna qədər Sünik mis-molibden kombinatının ehtiyacları üçün “BelAZ” istehsalı olan iri qabaritli texnikanın göndərilməsi, bu zavodun Ermənistanda rəsmi dilerinin fəaliyyət başlaması, ölkədə Belarus müəssisələri şəbəkəsinin genişləndirilməsi və s. məsələlər üzrə razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR