Bank Of Baku

Gürcüstanın mərkəzi hakimiyyətinə bağlı olan Cənubi Osetiya administrasiyasının rəhbərinə sui-qəsd edilib

Gürcüstanın mərkəzi hakimiyyətinə bağlı olan Cənubi Osetiya administrasiyasının rəhbərinə sui-qəsd edilib
# 03 iyul 2008 11:02 (UTC +04:00)
Tiflis APA. Bu gün səhər Gürcüstanın mərkəzi hakimiyyətinə bağlı olan Cənubi Osetiya administrasiyasının rəhbəri Dmitri Sanokiyevə sui-qəsd edilib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, müvəqqəti iqamətgahının yerləşdiyi Kurta kəndindən Batuma gedən D. Sanokiyevin “Nissan-Armada” avtomobili yolda minaya düşüb. Hadisə Rusiya sülhməramlılarının postu yaxınlığında baş verib. Partlayışdan sonra D. Sanokiyevin avtomobili atəşə tutub. Mühafizəçilər cavab atəşi açıblar və atışma bir neçə dəqiqə davam edib. Olay zamanı D. Sanokiyev zərər çəkməyib, amma onun 3 mühafizəçisi ağır yaralanıb. Onlar Qori hərbi hospitalına aparılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR