Bank Of Baku

Roman Abramoviçin istefası qəbul olunub

Roman Abramoviçin istefası qəbul olunub
# 03 iyul 2008 12:24 (UTC +04:00)
Moskva APA. Rusiya prezidenti Dmitri Medvedev Çukotka muxtar dairəsinin qubernatoru Roman Abramoviçin istefasını qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Kremlin mətbuat xidməti R. Abramoviçin öz istəyi ilə istefaya getdiyini və onun yerinə bu vəzifəyə Roman Kopinin təyin olunduğunu açıqlayıb.
Yəhudi əsilli R. Abramoviç 1966-cı ildə Saratovda doğulub. Əmək fəaliyyətinə 1987-ci ildə “Mosspetsmontaj” trestinin 122 saylı tikinti idarəsində mexanik kimi başlayıb. 1989-cu ildə uşaq oyuncaqları istehsal edən “Uyut” kooperativini, 1991-ci ildə isə “ABK” kiçik müəssisəsini yaradaraq biznes fəaliyyətinə başlayıb. 1996-cı ildə “Sibir” Neft Şirkətinin Direktorlar Şurasının üzvü olub. 1999-cu ildə Çukotkadan Dövlət Dumasına üzv, 2000-ci ildə isə Çukotkanın qubernatoru seçilib. Moskva Dövlət Hüquq Akademiyasını bitirib. 2006-cı ilin dekabrında prezidentə müraciət edərək qubernator vəzifəsindən azad olunmasını istəyib. 2003-cü ilin iyulunda İngiltərənin “Çelsi” futbol klubunu satın alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR