Bank Of Baku

Ermənistan paytaxtında müxalifətin icazəsiz mitinqi başlayıb

Ermənistan paytaxtında müxalifətin icazəsiz mitinqi başlayıb
# 04 iyul 2008 16:34 (UTC +04:00)
APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, İrəvan meriyasının müxalifətin bu gün yerli vaxtla saat 19.00-a təyin etdiyi mitinqə icazə verməməsinə baxmayaraq, insanlar günorta saatlarından qədim əlyazmalar institutu - Matenadaranın qarşısındakı meydana yaxınlaşmağa başlayıb. Polis əvvəlcə meydana gələn yolları mühasirəyə alıb və müxalifətçiləri ora buraxmayıb. Amma son anda polislər geri çəkiliblər və müxalifətin mitinqinə şərait yaradılıb. Əyalətlərdən paytaxta gəlmək istəyənlərin şəhərə girişinə isə imkan verilməyib.
Qeyd edək ki, iyulun 13-də Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Ermənistana səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR