Bank Of Baku

Çukotka muxtar dairəsinə Roman Abramoviçin adı veriləcək

Çukotka muxtar dairəsinə Roman Abramoviçin adı veriləcək
# 05 iyul 2008 08:03 (UTC +04:00)
Çukotka-APA. Çukotka sakinləri sabiq rəhbərləri Roman Abramoviçin adını özünə məxsus şəkildə əbədiləşdirmək qərarına gəliblər. APA-nın məlumatına görə, Rusiya prezidentinin Uzaq Şərq federal dairəsi üzrə nümayəndəsi Gennadi Sinyukovun iştirakı ilə Anadırda keçirilən toplantıda Çukotka vilayətinin adının dəyişdirilməsi təklif edilib. Çukotka sakinləri muxtar dairəyə Roman Abramoviçin adının verilməsini istəyirlər. Çukotka Muxtar Dairəsi Dumasının sədr müavini Valentina Rudçenko bu təklifi dəstəklədiklərini bildirib: “Bu ideyanı həyata keçirmək üçün konkret təkliflər lazımdır. Roman Abramoviç buna layiqdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR