Bank Of Baku

Serj Sərkisyan Abdullah Gülü İrəvanda keçiriləcək Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib

Serj Sərkisyan Abdullah Gülü İrəvanda keçiriləcək Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib
# 07 iyul 2008 08:16 (UTC +04:00)
Astana-APA. Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdullah Gülü İrəvana səfərə dəvət edib. APA-nın məlumatına görə, Serj Sərkisyan Astanada keçirilən görüş zamanı Abdullah Gülə sentyabrın 6-da futbol üzrə dünya çempionatının qrup mərhələsində İrəvanda keçiriləcək Ermənistan-Türkiyə matçını fəxri tribunadan birgə izləməyə çağırıb. Abdullah Gülün bu təklifi necə dəyərləndirəcəyi hələlik açıqlanmayıb. Qeyd edək ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməsi, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı “soyqırımı” törədilməsi kimi ittihamları və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi səbəbilə Türkiyə bu ölkə ilə diplomatik əlaqələri dondurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR