Bank Of Baku

Böyük Britaniya kəşfiyyatındakı mənbə Aleksandr Litvinenkonu Rusiya hakimiyyətinin öldürdüyünü açıqlayıb

Böyük Britaniya kəşfiyyatındakı mənbə Aleksandr Litvinenkonu Rusiya hakimiyyətinin öldürdüyünü açıqlayıb
# 08 iyul 2008 07:41 (UTC +04:00)
Xatırladaq ki, Rusiyanın keçmiş prezidenti Vladimir Putinin barışmaz düşməni olan A. Litvinenko 2006-cı ildə Londonda zəhərlənib. Britaniyalı müstəntiqlər onu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı Aleksandr Luqovoyun zəhərlədiyini güman edirlər. BBC-yə məlumat verən mənbə onu da əlavə edib ki, V. Putinin prezidentliyi dövründə Federal Təhlükəsizlik Xidməti xaricdə əməliyyatlar aparmaq üçün tam sərbəstlik əldə edib. Hətta Britaniya kəşfiyyat orqanı Mİ 5 ötən ilin yayında V. Putinin daha bir düşməni - rusiyalı biznesmen Boris Berezovskiyə sui-qəsdin qarşısını alıb. 2007-ci ilin noyabrında Mİ 5-in rəhbəri Conatan Evans “soyuq müharibə”nin bitməsinə baxmayaraq, Britaniyada fəaliyyət göstərən rus kəşfiyyatçılarının sayının azalmadığına diqqət çəkərək bundan ciddi şəkildə narahatlıq duyduğunu açıqlamışdı. Əks-kəşfiyyatın məlumatına əsasən Britaniyadakı Rusiya diplomatik nümayəndəliklərinin tərkibində 30-a yaxın kəşfiyyatçı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR