Bank Of Baku

2014-cü il Qış Olimpiya Oyunlarının təşkilatçılığı Rusiyadan alına bilər

2014-cü il Qış Olimpiya Oyunlarının təşkilatçılığı Rusiyadan alına bilər
# 15 avqust 2008 07:14 (UTC +04:00)
Vaşinqton-APA. 2014-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi yer dəyişdirilə bilər. APA-nın “Rustavi-2” telekanalına istinadən yaydığı məlumata görə, ABŞ Konqresi qeyd olunan yarışların Rusiyanın Soçi şəhərində keçirilməsinə dair Beynəlxalq Olimpiya Komitəsinin qərarına yenidən baxılması ilə bağlı qanun layihəsini müzakirə etmək niyyətindədir. Qanun layihəsinin müəllifləri hesab edir ki, Qış Olimpiya Oyunlarının keçiriləcəyi Soçi şəhəri münaqişə zonasının cəmi bir neçə kilometrliyində yerləşdiyinə görə yarışların bu şəhərdə keçirilməsi məqsədəuyğun deyil. Qanun layihəsində bildirilir ki, Rusiya demokratik və legitim yolla seçilmiş Gürcüstan hökumətini güc yolu ilə devirməyə cəhd göstərib, bu isə demokratiya anlayışı ilə ziddiyyət təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR