Bank Of Baku

Qocalar evində yanğın olub, 6 nəfər ölüb, 7 nəfər yaralanıb

Qocalar evində yanğın olub, 6 nəfər ölüb, 7 nəfər yaralanıb
# 15 avqust 2008 08:39 (UTC +04:00)
Moskva - APA. Rusiyada qocalar evində yanğın baş verib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Belqorod vilayətinin Şebekino şəhərində baş verən hadisə nəticəsində 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mərkəzindən bildirilib ki, yanğın barədə məlumat mərkəzə Moskva vaxtı ilə gecə saat 3.27-də daxil olub. Saat 3.31-də hadisə yerinə gələn yanğınsöndürənlər binanın 3-cü mərtəbəsində başlayan yanğının qarşısını saat 3.47-də alıblar. Binadan 95 nəfər evakuasiya olunub.

Yanğının başvermə səbəbləri aydınlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR