Bank Of Baku

“Ruhnamə” Türkmənistan ali məktəblərində ayrıca fənn kimi tədris olunmayacaq

“Ruhnamə” Türkmənistan ali məktəblərində ayrıca fənn kimi tədris olunmayacaq
# 20 avqust 2008 10:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Türkmənistanın ilk prezidenti Saparmurat Niyazovun “Ruhnamə” tarixi-fəlsəfə əsəri bu ildən etibarən Türkmənistan ali məktəblərində ayrıca fənn kimi tədris olunmayacaq. APA-nın məlumatına görə, “Ruhnamə” bundan sonra ölkə tarixi, fəlsəfə, sosiologiya, politologiya, iqtisadi nəzəriyyə, Türkmənistanın yeni dirçəlişi kursları ilə eyni fənn üzrə tədris olunacaq. Qeyd edək ki, “Rühnamə” 2001-ci ildə yazılıb. Bu kitabı almaq və öyrənmək bütün ölkə vətəndaşları məcburi xarakter daşıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR