Bank Of Baku

Rusiya hərbi qənimətləri Gürcüstana geri qaytarmayacaq

Rusiya hərbi qənimətləri Gürcüstana geri qaytarmayacaq
# 20 avqust 2008 12:23 (UTC +04:00)
Moskva-APA. Rusiya Gürcüstan hərbi bazalarından qənimət olaraq götürdüyü ABŞ istehsalı olan silahları bu ölkəyə geri qaytarmayacaq. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri baş qərargah rəisinin müavini Anatoli Noqovitsın bildirib ki, həmin silahların əsas hissəsi məhv ediləcək: “Biz bu silahları gürcülərə geri qaytarmaq fikrində deyilik. Gürcülər həmin silahları qoyub qaçıb. Onları niyə qaytarmalıyıq ki? Dünyada hərbi qənimət deyilən bir anlayış da var. Rusiya ordusunun bu silaha ehtiyacı yoxdur və biz bu silahdan istifadə etmək niyyətində deyilik. Həm Rusiya, həm də ABŞ silahlarından istifadə edən gürcü hərbçiləri bizim silahların daha effektli olduğunu bir daha anladılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR