Bank Of Baku

Nino Burcanadze yenidən böyük siyasətə qayıdacağını bəyan edib

Nino Burcanadze yenidən böyük siyasətə qayıdacağını bəyan edib
# 20 avqust 2008 16:18 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze ölkədə vəziyyət stabilləşdikdən sonra yenidən böyük siyasətə qayıtmaq niyyətində olduğunu bəyan edib. APA-nın məlumatına görə Burcanadze qeyd edib ki, ölkədə situasiya stabilləşdikdən sonra siyasi partiya təsis etmək niyyətindədir: “Bugünkü vəziyyətdə vacib olan mənim gələcək planlarım deyil, Rusiyanın öz prezidentinin atdığı imzaya hörmətlə yanaşmasıdır. Cənab Medvedev atəşkəs haqqında sazişə imza atıb və bu sənəddə bildirilir ki, Rusiya qoşunları maksimum Gürcüstan ərazisindən, minimum münaqişə zonasından çıxarılmalıdır. Təəssüf ki, bu, baş vermir. Rusiya qoşunlarının Gürcüstan ərazisində törətdikləri heç bir çərçivəyə sığmır”. Prezident Mixail Saakaşvilinin addımlarına qiymət vermək istəməyən Nino Burcanadze bu məsələlərə ölkədə vəziyyət normallaşdıqdan sonra münasibət bildirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR