Bank Of Baku

Rusiya mətbuatı: “Münaqişə dövründə Saakaşvili ABŞ-a qaçmaq üçün bu ölkədən təyyarə göndərilməsini xahiş edib”

Rusiya mətbuatı: “Münaqişə dövründə Saakaşvili ABŞ-a qaçmaq üçün bu ölkədən təyyarə göndərilməsini xahiş edib”
# 21 avqust 2008 10:33 (UTC +04:00)
Tiflis-APA. Rusiya ilə hərbi münaqişə dövründə Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəni tərk etmək üçün ABŞ-dan təyyarə göndərilməsini xahiş edib. APA-nın “Komsomolskaya pravda” qəzetinə istinadən yaydığı məlumata görə, bu fikirləri gürcü politoloqu Ramaz Klimiaşvili söyləyib. O, söylədiyi informasiyanı Gürcüstan Prezidentinin Dəftərxanasından aldığını bildirib. Politoloqun sözlərinə görə, ABŞ Saakaşvilinin xahişinə Tiflisin Rusiya qoşunları tərəfindən ələ keçirilməsi təhlükəsi yaranan zaman reaksiya verib. Hələlik Gürcüstan və ABŞ rəsmi dairələri bu məlumata münasibət bildirməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR