Bank Of Baku

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Sxinvaliyə gediblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Sxinvaliyə gediblər
# 21 avqust 2008 11:13 (UTC +04:00)
Tiflis – APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları baş vermiş silahlı münaqişə nəticəsində baş qaldırmış humanitar ehtiyacları qiymətləndirmək üçün Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə gediblər. BQXK-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, Gürcüstan və Rusiyaya üçgünlük səfərini başa vuran BQXK Prezidenti Yakob Kellenberger deyib ki, bölgəyə səfərinin əsas məqsədi Cənubi Osetiyaya daxil olmaq imkanı əldə etmək olub. Rusiya BQXK-nın Cənubi Osetiyada humanitar iş aparmaq fikrini dəstəkləyir: “Evlərini məcburi surətdə tərk etmiş insanların ehtiyaclarının, tibbi xidmətin vəziyyətinin qiymətləndirilməsindən əlavə, münaqişə nəticəsində ayrı düşmüş ailə üzvləri arasında əlaqələrin bərpası və hələ də itkin düşmüş hesab olunan insanlar haqqında məlumat əldə edilməsi də bizim prioritetimizdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR