Bank Of Baku

Rusiya Federasiya Şurası separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb

Rusiya Federasiya Şurası separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb
# 25 avqust 2008 09:18 (UTC +04:00)
APA-nın məlumatına görə, Federasiya Şurasının bu gün keçirilən iclasında yuxarı palatanın spikeri Sergey Mironov deputatların yekdilliklə dəstəklədiyi müraciətin mətnini oxuyub. Mironov bildirib ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu xalqların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımdır: “Biz hər iki respublikanın xalqlarının stabillik, sülh və müstəqilliyə can atmasını dəstəkləməliyik. Hər iki respublika dövlət üçün zəruri olan bütün atributlara malikdir”.

Federasiya Şurasının iclasında iştirak edən tanınmamış Cənubi Osetiya Respublikasının prezidenti Eduard Kokoytı bildirib ki, Cənubi Osetiya və Abxaziya müstəqil dövlət olmağa Kosovodan daha çox layiqdir. Kokoytı Rusiya prezidentindən Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımağa çağırıb. Federasiya Şurasının iclasında çıxış edən tanınmamış Abxaziya Respublikasının prezidenti Sergey Baqapş da analoji müraciətlə çıxış edib. Onun sözlərinə görə, nə Abxaziya, nə də Cənubi Osetiya bundan sonra heç zaman Gürcüstanın tərkibində olmayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR