Bank Of Baku

AQEM XİN başçılarının görüşü başa çatıb

AQEM XİN başçılarının görüşü başa çatıb
# 25 avqust 2008 15:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatlanma dövrü demək olar ki, bitib”. APA-nın məlumatına əsasən, bu fikirləri Qazaxıstanın xarici işlər naziri Marat Tajin AQEM-in XİN başçılarının görüşünün nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, görüşdə qurumun katibliyi haqqında konvensiya qəbul edilib, müxtəlif təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Təşkilatı məsələlərin bitdiyini deyən nazir bildirib ki, AQEM-in 2010-cu ildə keçiriləcək 3-cü sammitinə hazırlığa başlanıb. Qeyd edək ki, bu gün Almatıda keçirilən AQEM xarici işlər nazirlərinin görüşündə Azərbaycanı tədbirdə xüsusi tapşırıqlar üzrə səfir Şamil Ələskərov təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR