Bank Of Baku

Gürcü polisləri yenidən Cənubi Osetiya ərazisinə daxil olublar

Gürcü polisləri yenidən Cənubi Osetiya ərazisinə daxil olublar
# 25 avqust 2008 15:35 (UTC +04:00)
Moskva-APA. Gürcüstan Daxili İşlər Nazirliyinin bölmələri bu gün Cənubi Osetiya ərazisinə daxil olublar. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, tanınmamış respublikanın hökumət başçısının səlahiyyətlərini icra edən Boris Çoçiyev bildirib ki, ruslar geri çəkildikdən sonra gürcü polisləri Cənubi Osetiyanın Leninqorsk rayonuna daxil olub və Mosabruni kəndinin yaxınlığında mövqe tutublar. O kəndin ələ keçirilməsi xəbərlərini təkzib edib. O, gürcülərə xoşluqla geri çəkilmək təklif olunduğunu bildirib: “Əksə təqdirdə biz onları geri çəkilməyə məcbur edəcək addımlara əl atacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR