Bank Of Baku

Türkiyə XİN: Gürcüstanın bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik

Türkiyə XİN: Gürcüstanın bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik
# 27 avqust 2008 13:51 (UTC +04:00)
Ankara-APA. “Türkiyə Gürcüstanın bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir”. APA-nın məlumatına görə, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda öz əksini tapıb. Bəyanatda bildirilir ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə xüsusi önəm verir. Rəsmi Ankara həmçinin münaqişələrin istisnasız olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb. Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ötən həftə Tiflisə səfər edib və Gürcüstan hökumətinin fəaliyyətini dəstəklədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR