Bank Of Baku

Sergey Lavrov: “Abxaziya və Cənubi Osetiya ilə həmsərhəd rayonlardan öz sülhməramlı qüvvələrimizi çıxarmağa hazırıq”

Sergey Lavrov: “Abxaziya və Cənubi Osetiya ilə həmsərhəd rayonlardan öz sülhməramlı qüvvələrimizi çıxarmağa hazırıq”
# 27 avqust 2008 16:03 (UTC +04:00)
Moskva-APA. “Biz Abxaziya və Cənubi Osetiyaya bitişik rayonlardan öz sülhməramlı qüvvələrimizi çıxarmağa hazırıq”. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, Rusiyanın öz sülhməramlı qüvvələrini Gürcüstan ərazisində əbədi olaraq saxlamaq niyyəti yoxdur: “Bu respublikaların müstəqilliyini tanıdığımıza görə sülhməramlı qüvvələrini Abxaziya və Cənubi Osetiyanın hüdudlarından kənarda saxlamaq niyyətimiz yoxdur. Biz tələb edirik ki, həm Abxaziya, həm də Cənubi Osetiya ilə həmsərhəd Gürcüstan əraziləri beynəlxalq nəzarətə götürülsün. Bununla da bu respublikalara qarşı yeni hərbi avantüralara yol verilməsini qarşısı alına bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR