Bank Of Baku

Xarkovda silah anbarında yanğın baş verib

Xarkovda silah anbarında yanğın baş verib
# 27 avqust 2008 16:50 (UTC +04:00)
Xarkov-APA. Xarkov vilayətinin Lozovsk rayonunda yerləşən silah anbarlardan birində yanğın baş verib. APA-nın məlumatına görə, yanğın ardıcıl partlayışlarla müşayiət olunur. Hələlik hadisənin səbəbi, dağıntı və tələfat barədə rəsmi açıqlama verilmir. Yanğın baş verən silah anbarı Lozovaya şəhərindən 300 metrlik məsafədəki hərbi hissənin ərazisində yerləşir. Hadisə yerinə xilasetmə briqadaları gətirilib. Hərbçilər yanğını öz gücləri ilə söndürməyə çalışsalar da, buna müvəffəq olmayıblar. Silah anbarındakı artilleriya mərmilərinin partlaması yanğının söndürülməsini və xilasetmə işlərini çətinləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR