Bank Of Baku

Dağıstanda milis əməkdaşı öldürülüb

Dağıstanda milis əməkdaşı öldürülüb
# 30 avqust 2008 09:01 (UTC +04:00)
Mahaçqala – APA. Dağıstanda milis patrulunun postuna hücum nəticəsində bir milis əməkdaşı həlak olub. APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Dərbənd rayonunun Cəmikənd yaşayış məntəqəsi yaxınlığında baş verib. Milis əməkdaşları nəzarət-buraxılış məntəqəsində «Qazel» markalı avtomobili yoxlayarkən avtomaşındakı naməlum üç şəxs hüquq-mühafizə işçilərini avtomat silahdan atəşə tutublar. Nəticədə, bir milis əməkdaşı hadisə yerində ölüb, atəş açanlar isə hadisə yerindən qaçıblar. Saxlanılan «Qazel»in yoxlanılması zamanı iki «Kalaşnikov» avtomatı və 6 mindən artıq müxtəlif kalibrli patron aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR