Bank Of Baku

“İnquşetiya.ru” saytının sahibi Nazran aeroportunda güllələnib

“İnquşetiya.ru” saytının sahibi Nazran aeroportunda güllələnib
# 01 sentyabr 2008 08:01 (UTC +04:00)
Nazran-APA. “İnquşetiya.ru” saytının sahibi Maqomed Yevloyev Nazran aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. APA-nın məlumatına görə, İnquşetiya prezidenti Murat Zyazikovla bir təyyarədə Nazrana gələn Yevloyevi pilləkəndə milis əməkdaşları qarşılayıblar. Onlardan biri Maqomed Yevloyevin gicgahına atəş açıb. Xəstəxanaya çatdırılan Yevloyev orada keçinib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR