Bank Of Baku

Daniel Frid: “Gürcüstan, Azərbaycan və Ukrayna daha böyük təhlükə altındadır”

Daniel Frid: “Gürcüstan, Azərbaycan və Ukrayna daha böyük təhlükə altındadır”
# 01 sentyabr 2008 12:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid “The Financial Times”ə müsahibəsində söyləyib. O bildirib ki, vitse-prezident Riçard Çeyninin bu həftə regiona gerçəkləşəcək səfəri böyük əhəmiyyətə malikdir: “Cənab Çeyni daha böyük təhlükə altında olan üç ölkəyə - Gürcüstan, Azərbaycan və Ukraynaya səfər edəcək. ABŞ indiki dəyişkən situasiyada Moskvaya qarşı tədbirlər görməyə tələsməyəcək. Biz bu tədbirləri götür-qoy etməli, Avropadan olan müttəfiqlərimizlə məsləhətləşməliyik. Hər halda Rusiyanın bu iki separatçı bölgənin müstəqilliyini tanımaq qərarından imtina edəcəyinə böyük ümidlərim var. Onlar tezliklə anlayacaqlar ki, getdikcə daha böyük təcridə məruz qalırlar. Bu, özünütəcriddir, ABŞ tərəfindən görülən tədbirlər deyil. Axı, bu gün heç kəs Rusiyanın tərəfini saxlamır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR