Bank Of Baku

Gürcüstanda olan Rusiya vətəndaşları Azərbaycandan keçməklə ölkələrinə qayıtmaq istəyirlər

Gürcüstanda olan Rusiya vətəndaşları Azərbaycandan keçməklə ölkələrinə qayıtmaq istəyirlər
# 01 sentyabr 2008 16:58 (UTC +04:00)
Moskva – APA. Gürcüstan ərazisində ölkəsinə qayıtmaq istəyən 15 min Rusiya vətəndaşı var. APA-nın “İnterfaks”-a istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko bildirib ki, bu barədə onlara Gürcüstan tərəfindən məlumat verilib.

Onun sözlərinə görə, “Verxniy Lars” sərhəd məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya indiyədək artıq mindən artıq rusiyalı qayıdıb. A. Nesterenko onu da əlavə edib ki, Gürcüstandakı Rusiya vətəndaşları Azərbaycan, Ermənistan və digər ölkələrdən keçməklə ölkələrinə qayıtmaq imkanlarını araşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR