Bank Of Baku

Gürcüstan Müdafiə Nazirliyi Rusiya qoşunlarına qarşı kaset bombalarından istifadə etdiyini təsdiqləyib

Gürcüstan Müdafiə Nazirliyi Rusiya qoşunlarına qarşı kaset bombalarından istifadə etdiyini təsdiqləyib
# 02 sentyabr 2008 13:41 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan Müdafiə Nazirliyi Cənubi Osetiyada həyata keçirdiyi əməliyyat zamanı kaset bombalarından istifadə faktını təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, nazirlik bu tip bombalardan mülki əhaliyə qarşı deyil, Rusiya qoşunlarına qarşı istifadə edildiyini bildirib: “Gürcüstan Silahlı Qüvvələrinin silahlanma sistemində “Gradlar 160” raket sistemi və kaset bombaları ilə təchis edilmiş “M85” raketləri var. Biz bu raketlərdən heç zaman mülki əhaliyə qarşı istifadə etməmişik. “Gradlar” sistemi yalnız Roksk tunelindən Gürcüstan istiqamətdə hərəkət edən Rusiya hərbi texnika karvanına qarşı istifadə olunub”. Qeyd edək ki, Human Rights Watch təşkilatı “M-85” kaset bombalarının Cənubi Osetiyaya daxil olmayan Şindisi gürcü kəndində aşkarlandığını bəyan edib. Təşkilat bildirib ki, Rusiya ordusu bu cür silahlara malik deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR