Bank Of Baku

Gürcüstan parlamenti Abxaziya və Cənubi Osetiyada fövqəladə vəziyyət elan edəcək

Gürcüstan parlamenti Abxaziya və Cənubi Osetiyada fövqəladə vəziyyət elan edəcək
# 02 sentyabr 2008 16:29 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan parlamentinin sabah keçirilən iclasında ölkədə hərbi vəziyyətin ləğv olunması barədə qərar qəbul oluna bilər. APA-nın “Novosti-Qruziya”ya istinadən yaydığı məlumata görə, parlament həmçinin Rusiya qoşunları yerləşən ərazilərdə fövqəladə vəziyyət elan etmək niyyətindədir. Gürcüstan parlamenti yaxın günlərdə Abxaziya və Cənubi Osetiyanın işğal olunmuş ərazilər elan edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarmaq niyyətindədir. Parlament spikeri David Bakradze bildirib ki, artıq ölkədə hərbi vəziyyətin saxlanmasına ehtiyac yoxdur. Qeyd edək ki, ötən həftə Gürcüstan parlamenti “Rusiyanın işğal etdiyi Gürcüstan əraziləri haqqında” qərar qəbul edib. Qərara əsasən, ölkədə Gürcüstan Silahlı Qüvvələrindən başqa hər hansı silahlı qüvvənin olması qanunsuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR