Bank Of Baku

Rusiya Gürcüstandakı səfirlik və konsulluğunun fəaliyyətini bu gündən etibarən dayandırıb

Rusiya Gürcüstandakı səfirlik və konsulluğunun fəaliyyətini bu gündən etibarən dayandırıb
# 03 sentyabr 2008 08:30 (UTC +04:00)
Tiflis-APA. Rusiyanın Gürcüstandakı səfirliyi bu gündən etibarən fəaliyyətini dayandırıb. APA-nın məlumatına görə, bu addım Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri dayandırmaq qərarına cavab olaraq atılıb. Rusiya səfirliyinin konsulluq xidməti də bu gündən etibarən fəaliyyətini xüsusi sərəncam olana kimi dayandırdığını elan edib.
Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi dünəndən etibarən Rusiyanın xüsusi səlahiyyətli müşavirinə iki nota təqdim edib. Birinci notada bildirilir ki, Gürcüstan parlamentinin 28 avqust tarixli qərarına əsasən, Rusiya ilə diplomatik münasibətlər dayandırılıb. İkinci notada bildirilir ki, Vyana Konvensiyasının müddəalarına əsasən iki dövlət arasında konsulluq münasibətləri saxlanır, buna müvafiq olaraq Gürcüstanın Rusiyadakı konsulluğu fəaliyyətini davam etdirir. Rusiyanın xüsusi səlahiyyətli müşaviri Smaqa rəsmi Tiflisin bu fəaliyyətini səhv addım adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR