Bank Of Baku

Ukraynada hakim koalisiya parçalanıb, Timoşenko və Yanukoviç dövlət çevrilişində ittiham olunur

Ukraynada hakim koalisiya parçalanıb, Timoşenko və Yanukoviç dövlət çevrilişində ittiham olunur
# 03 sentyabr 2008 08:37 (UTC +04:00)
Kiyev-APA. “Bizim Ukraya-Xalq Özünümüdafiəsi” fraksiyası dekomratik qüvvələr koalisiyasının tərkibindən çıxmaq barədə qərar qəbul edib. APA-nın məlumatına görə, bu qərar fraksiyanın dünən gecə keçirilən fövqəladə toplantısında qəbul olunub. Səsvermədə yalnız “Xalq Özünümüdafiəsi” və “RUX” partiyasının üzvləri qərarın əleyhinə səs veriblər. Koalisiya quruculuğu haqqında sazişə əsasən, bu qərardan keçən on gün ərzində koalisiya buraxılmalı, yaxud da blokun yenidən formalaşdırılması barədə qərar qəbul olunmalıdır. Əks təqdirdə 30 gün ərzində yeni koalisiyanın yaradılması labüddür.
Qeyd edək ki, dünən Ukrayna prezidentinin katibliyinin rəhbəri Viktor Baloqa bəyan edib ki, “Yuliya Timoşenko Bloku” və Regionlar Partiyası faktiki olaraq dövlət çevrilişi etməyə hazırlaşırlar. O, çevriliş planının sabiq prezident Leonid Kuçmanın administrasiya rəhbəri Viktor Medvedçuk tərəfindən hazırlandığını bildirib və bu planın Moskvanın himayəsi altında həyata keçirildiyini vurğulayıb. Adı çəkilən partiyalar isə bu ittihamları rədd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR