Bank Of Baku

Rusiya türkmən qazını nəql edəcək daha bir kəmərin tikintisi barədə razılaşma əldə edib

Rusiya türkmən qazını nəql edəcək daha bir kəmərin tikintisi barədə razılaşma əldə edib
# 03 sentyabr 2008 10:23 (UTC +04:00)
Daşkənd-APA. Moskva və Daşkənd türkmən qazının Özbəkistan ərazisindən keçərək Rusiyaya nəql edəcək daha bir qaz kəmərinin çəkilməsi barədə razılığa gəliblər. APA-nın məlumatına görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putinin Özbəkistana səfəri zamanı razılıq əldə olunub. Bu razılaşma Aşqabad və Pekinin türkmən qazını Çinə nəql etmək barədə razılaşmasına cavab kimi dəyərləndirilir. Hazırda Türkmənistan, Özbəkistan və Qazaxıstanda hasil olan mavi yanacaq tam həcmdə “Qazprom”a satılır. Lakin hər üç dövlət öz qaz nəql marşrutlarının difersifikasiyasında maraqlı olduqlarını bəyan ediblər. Ötən həftə Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovla Çin Xalq Respublikasının lideri Xu Tzintao arasında Çinə 30-40 milyard kubmetr həcmində qaz satışına dair saziş imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR