Bank Of Baku

Azərbaycanda aksiyaları işıqlandıran media nümayəndələri üçün xüsusi gödəkcələrin təqdimat mərasimi keçirilib

Azərbaycanda aksiyaları işıqlandıran media nümayəndələri üçün xüsusi gödəkcələrin təqdimat mərasimi keçirilib
# 03 sentyabr 2008 10:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu məqsədlə 200 xüsusi gödəkcə hazırlanıb. Gələn həftə bu gödəkcələrin 70-dən artıq kütləvi informasiya vasitələrinin nümayəndələrinə paylanması münasibətilə tədbir keçiriləcək. Təqdimat mərasimində çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Xerero Ansola qeyd edib ki, bu addım Azərbaycanla ATƏT-in əməkdaşlığının bariz nümunəsidir. Onun sözlərinə görə, xüsusi gödəkcələr ATƏT söz azadlığı ofisinin maliyyə dəstəyi hesabına hazırlanıb. Səfir ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştidən sitat gətirib: “Polis mitinq və digər kütləvi tədbirləri işıqlandırmaqda jurnalistlərə kömək etməlidir”. Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov təmsil etdiyi qurumun uzun illərdir ATƏT-lə əməkdaşlıq etdiyini vurğulayıb: “Polislə media nümayəndələrinin münasibətləri həmişə isti olub. Hesab etmirəm ki, jurnalistlər hücumlara məruz qalırlar. Əgər polis qarşısındakı şəxsin jurnalist olduğunu bilirsə, əlbəttə ki, özünü müvafiq şəkildə aparır. Ötən illər ərzində jurnalistlər aksiyalara iştirakçı kimi qatılıblar və buna görə həbs olunublar. Amma saxlanan şəxslərin jurnalistlər olduğunu bilən onlar azadlığa buraxılıb”. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, jurnalistlər fərqlənmək üçün bu gödəkcələrdən istifadə etməlidir: “Aksiyalarda təzə yaxud köhnə media gödəkcələrindən istifadənin, yaxud media kartlarından istifadə etməsinin fərqi yoxdur. Əsas odur ki, jurnalistlər aksiya iştirakçılarından fərqlənə bilsinlər”. Əflatun Amaşov həmçinin ATƏT-in ölkədə media əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR