Bank Of Baku

“Yuliya Timoşenko Bloku” prezident Yuşşenkonu satqın adlandırıb

“Yuliya Timoşenko Bloku” prezident Yuşşenkonu satqın adlandırıb
# 03 sentyabr 2008 14:11 (UTC +04:00)
Kiyev-APA. “Viktor Yuşşenkonun dövlət çevrilişləri ilə bağlı ittihamları kökündən yalandır”. APA-nın məlumatına görə, bu bəyanatla Ukraynanın baş naziri Yuliya Timoşenkonun rəhbərlik etdiyi eyni adlı blok çıxış edib. Blok yaydığı bəyanatda prezident Yuşşenko satqın adlandırılıb: “Viktor Yuşşenko artıq iki dəfə demokratik koalisiyaya satqın çıxıb. 2005-ci ildə o, Yuliya Timoşenko hökumətini istefaya göndərib, indi isə demokratik koalisiyanı dağıtmağa çalışır. Viktor Yuşşenkonun dövlət çevrilişi ilə bağlı ittihamları prezident seçkilərində qələbə qazanmaq məqsədilə ortalığa atılan oyundur”. Qeyd edək ki, Yuliya Timoşenko Blokundan olan deputatlar ölkə prezidentinin səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanunu dəstəklədikdən sonra Yuşşenko tərəfdarlarının təmsil olunduğu “Bizim Ukrayna – Xalq Özünümüdafiəsi” fraksiyası hakim koalisiyanın tərkibindən çıxdığını bəyan edib. Prezident Yuşşenko isə Yuliya Timoşenko Blokunu, Regionlar Partiyasını və kommunistləri dövlət çevrilişi cəhdində günahlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR