Bank Of Baku

NATO-nun yüksək səviyyəli nümayəndə heyəti Gürcüstana səfər edəcək

NATO-nun yüksək səviyyəli nümayəndə heyəti Gürcüstana səfər edəcək
# 03 sentyabr 2008 16:43 (UTC +04:00)
Brüssel-APA. NATO Şurası yanında 26 ölkənin daimi nümayəndəliyinin rəhbərlərindən ibarət nümayəndə heyəti qurumun baş katibi Yaap de Hoop Sxefferin rəhbərliyi ilə Tiflisə rəsmi səfər edəcək. APA-nın məlumatına görə, sentyabrın 15-16-da gerçəkləşəcək səfər Gürcüstan-NATO əməkdaşlığının perspektivlərini müzakirə etmək məqsədi daşıyır. NATO-dakı mənbələr bildiriblər ki, hərbi alyansın yüksək səviyyəli nümayəndə heyətinin Gürcüstana səfərinin bu ölkə ilə Rusiya arasında yaranmış gərginliklə heç bir əlaqəsi yoxdur və səfər xeyli müddət əvvəl planlaşdırılıb. Səfər zamanı NATO-nun Gürcüstana yardım göstərməsi məsələsi müzakirə olunacaq. Nümayəndə heyəti həmçinin NATO-nun hərbi əməliyyatlardan sonra ölkənin dağıdılmış infrastrukturunun bərpası prosesində iştirakı məsələsini də nəzərdən keçirəcək. NATO təmsilçiləri münaqişədən sonra Gürcüstan Silahlı Qüvvələrinin tələbatlarını da dəyərləndirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR