Bank Of Baku

Rusiya Dövlət Duması Gürcüstanın yeni müharibəyə hazırlaşdığını bəyan edib

Rusiya Dövlət Duması Gürcüstanın yeni müharibəyə hazırlaşdığını bəyan edib
# 10 sentyabr 2008 15:18 (UTC +04:00)
APA-nın məlumatına görə, Cənubi Qafqazda mövcud durumu müdafiə naziri Anatoli Serdyukovla müzakirə edən deputatlar yaxın günlərdə bölgədən vəziyyətin yenidən gərginləşəcəyindən ehtiyatlandığını bildiriblər. Parlamentarların fikrincə, NATO Şurasının Gürcüstanda keçiriləcək toplantısından sonra vəziyyət yenidən gərginləşə bilər. Onlar Gürcüstanda xarici hərbi kontingentin yerləşdirilməsi ehtimalını, Gürcüstan və Ukraynanın NATO-ya qəbulu prosesinin sürətləndirilməsini narahatlıq doğuran hal kimi qiymətləndiriblər. Deputatlar həmçinin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar üçün Gürcüstan ərazisindən istifadə edə biləcəyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR