Bank Of Baku

Prezidentin əmisi oğlu qətlə yetirilib

Prezidentin əmisi oğlu qətlə yetirilib
# 11 sentyabr 2008 08:54 (UTC +04:00)
Nazran - APA. İnquşetiyanın paytaxtı Nazranda respublikanın avtonəqliyyat təsərrüfatının rəhbəri Bekhan Zyazikov qətlə yetirilib. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, öldürülən şəxs İnquşetiya prezidenti Murad Zyazikovun əmisi oğludur.

Respublika hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, sentyabrın 10-da Moskva vaxtı ilə saat 16.20 radələrində “Lada-Priora” avtomobilində olan naməlum şəxslər Oskanov və Kommunalnaya küçələrinin kəsişməsində B. Zyazikovun olduğu “Mercedes”ə atəş açıblar. Ağır güllə yaraları alan B. Zyazikov xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə yerindən 40-dək giliz götürülüb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adamöldürmə və qanunsuz silah gəzdirmə maddələri ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR