Bank Of Baku

Rusiya XİN: Ukrayna Rusiyaya münasibətdə dostyana olmayan siyasət yeridir

Rusiya XİN: Ukrayna Rusiyaya münasibətdə dostyana olmayan siyasət yeridir
# 11 sentyabr 2008 09:45 (UTC +04:00)
Moskva – APA. “Ukrayna hakimiyyəti Rusiyaya münasibətdə dostyana olmayan siyasət yeridir, ikitərəfli münasibətləri pisləşdirir və bu hərəkətləri ilə bizdə ciddi narahatlıq yaradır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb. Bəyanatda bildirilir ki, 2008-ci il oktyabrın 1-nə qədər Rusiya və Ukrayna iki ölkə arasında dostluq, əməkdaşlıq və tərəfdaşlığa dair 1997-ci ildə imzalanmış müqaviləyə yanaşmalarını müəyyən etməlidir: “Aydındır ki, bu cür strateji qərarlar müqavilənin müddəalarının və Rusiya-Ukrayna strateji tərəfdaşlığının inkişafı ilə bağlı öhdəliklərin necə yerinə yetirildiyi haqqında hərtərəfli təhlil əsasında qəbul olunur. Bununla əlaqədar son vaxtlar Ukrayna hakimiyyətinin Rusiyaya münasibətdə dostyana siyasət aparmadığını qeyd etməyə məcburuq”. Rusiya XİN-in fikrincə, Kiyevin bu cür yanaşması Gürcüstandakı son hadisələrdən sonra daha çox özünü göstərib: “Biz Sxinvalidə din sakinlərin və Rusiya sülhməramlılarının ölümü ilə bağlı təəssüfləndiklərinə, dərdimizə şərik olduqlarına dair Ukrayna tərəfindən heç bir söz eşitmədik. Gürcüstan ordusuna ağır silahlar göndərərək axan qana görə Ukraynanın da məsuliyyət daşıdığı haqda isə Kiyevdə susurlar”.

Rəsmi Moskva hesab edir ki, Kiyevin tezliklə NATO-ya üzv olmaq istiqamətində siyasəti 1997-ci ildə imzalanmış müqavilənin ruhuna və Rusiyanın təhlükəsizlik maraqlarına ziddir: “Rusiya-Ukrayna münasibətlərinə görə tarixi məsuliyyətimizi dərk edib Ukrayna ilə dostluq əlaqələrini möhkəmləndirməyə cəhd göstərərək biz hesab edirik ki, 1997-ci ildə imzalanmış müqavilə 10 il müddətinə uzadılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR