Bank Of Baku

Eduard Kokoytı: “Cənubi Osetiya Şimali Osetiya ilə birləşmək və Rusiyanın tərkibinə daxil olmaq niyyətindədir”

Eduard Kokoytı: “Cənubi Osetiya Şimali Osetiya ilə birləşmək və Rusiyanın tərkibinə daxil olmaq niyyətindədir”
# 11 sentyabr 2008 11:45 (UTC +04:00)
Onun sözlərinə görə, Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaqda israrlıdır: “Bəli, biz sözsüz ki, Rusiyanın tərkibinə daxil olmaq istəyirik və müstəqil, vahid Osetiya qurmaq fikrimiz yoxdur. Çünki tarix elə gətirib ki, bizim əcdadlarımız öz seçimlərini ediblər. Şimali Osetiya ilə birləşmək tarixi ədalətin bərpası olacaq. Çünki osetin xalqı öz iradəsinin əleyhinə olaraq iki hissəyə parçalanıb. Hər iki Osetiyanın liderləri üçün iki xalqın birləşməsi mühüm əhəmiyyət kəsb edir. Osetin xalqının parçalanması siyasi deyil, humanitar problemdir”. Eduard Kokoytı Qərb ekspertlərinin ona başqa inteqrasiya formulu təklif etdiyini bildirib: “Qərb təmsilçiləri mənə təklif edirdilər ki, Şimali Osetiya rəhbərliyini Rusiyanın tərkibindən çıxaraq bizimlə vahid dövlət daxilində birləşmənin zəruriliyinə inandıraq. Biz söz vermişdilər ki, əgər Şimali Osetiya Rusiyanın tərkibindən çıxsa, Qərb Kosovodan əvvəl bizim müstəqilliyimizi tanıyacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR