Bank Of Baku

PKK-nın Ermənistandakı nümayəndəsinin başı kəsilib

PKK-nın Ermənistandakı nümayəndəsinin başı kəsilib
# 12 sentyabr 2008 12:22 (UTC +04:00)
Ankara – APA. PKK terror təşkilatının Ermənistanda maliyyə əməliyyatlarına məsul olan nümayəndəsi sevgilisi ilə birlikdə öldürülüb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Yılmaz” kod adlı Murad Yücəl və sevgilisi olduğu bildirilən qadının cəsədləri Ermənistan-İran sərhədində çobanlar tərəfindən tapılıb. M. Yücəl və sevgilisi külli miqdarda pul toplayaraq qaçmaq istəyərkən digər PKK-çılar tərəfindən yaxalanıblar. “Karqo Süleyman” adlı terrorçu liderin əmri ilə onların başı kəsilib.

Analoji hadisə İranda da baş verib. Terror təşkilatının İran üzrə məsul şəxslərindən olan “Ararat” kod adlı Məhəmməd Aslan və “Fərhad” kod adlı Camal Polad Urmiya bölgəsindəki kəndlərdən vergi adı altında təxminən 200 milyon tümən (300 min dollar) pul toplayaraq aradan çıxıblar. Ancaq bir müddət sonra onların güllələnərək öldürüldüyü və basdırıldığı müəyyənləşib.

İranın Salmas bölgəsində yaşayan kürd ailələrinin qızları ilə ailə quran iki terrorçu isə təşkilat daxilində evliliyin yasaq olması səbəbi ilə PKK başçılarının əmri əsasında edam ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR