Bank Of Baku

Doqquz yaşlı məktəblini zorlayaraq qətlə yetirməkdə təqsirləndirilən şəxs intihar edib

Doqquz yaşlı məktəblini zorlayaraq qətlə yetirməkdə təqsirləndirilən şəxs intihar edib
# 12 sentyabr 2008 14:49 (UTC +04:00)
Luqa - APA. Azyaşlı məktəblini zorlayaraq qətlə yetirməkdə təqsirləndirilən şəxs özünü öldürüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Leninqrad vilayətinin Luqa şəhərində baş verib. Adı açıqlanmayan Luqa sakini 9 yaşlı məktəbli qızı zorladıqdan sonra öldürməkdə şübhəli bilinib. Təqsirləndirilən şəxs vena damarlarını kəsib, sonra isə özünü asıb. Onun meyiti Krasnaya Artilleriya küçəsindəki mənzilində tapılıb.

9 yaşlı məktəbli isə sentyabrın 11-də zorlanaraq öldürülüb. Meyiti sahibsiz binanın zibilliyindən tapılan qızın sırğaları və mobil telefonu üzərində olmayıb. Məktəblinin ölümü ilə bağlı cinayət işi başlanılıb. İstintaq hazırda intihar hadisəsi ilə məktəblinin ölümü arasında əlaqənin olub-olmadığını araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR