Bank Of Baku

Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı Troşev də var

Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı Troşev də var
# 14 sentyabr 2008 13:24 (UTC +04:00)
Perm-APA. Moskvadan Permə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı, Rusiya qəhrəmanı, general-polkovnik Gennadi Troşev də olub. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, G. Troşev Rusiya Federasiyası Sambo Federasiyasının vitse-prezidenti Vladimir Poqodinlə birlikdə Vasili Şvainin xatirəsinə Permdə keçirilən sambo turnirində iştirak etmək üçün bu şəhərə gəlirmiş.

Bundan başqa, qəzaya uğramış təyyarənin göyərtəsində Çuvaşıstan Sambo Federasiyasının prezidenti, respublika Dövlət Şurasının deputatı Aleksandr Trofimov da olub.

Qeyd edək ki, G. Troşev 1947-ci il martın 14-də Almaniyanın Berlin şəhərində anadan olub. Kazan Ali Tank Komandirləri Məktəbini, Zirehli Tank Qoşunları Hərbi Akademiyasını, Baş Qərargahın Hərbi Akademiyasını bitirib. Tank Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb.

G. Troşev Müdafiə Nazirliyinin Çeçenistandakı birləşmiş qoşunlarının komandanı (1995-1996), 1997-ci ilin iyulundan Şimali Qafqaz Hərbi Dairəsi komandanın müavini olub, 1999-cu ilin avqustundan Dağıstandakı Federal Qüvvələrə, bir müddət sonra isə sonra Şimali Qafqazdakı birləşmiş Federal Qüvvələrə rəhbərlik edib.

O, Çeçenistan müharibəsindən bəhs edən iki kitabın müəllifidir. İki qızı var.

Qeyd edək ki, sentyabrın 13-dən 14-ə keçən gecə Moskvadan Permə uçan təyyarənin Perm yaxınlığında qəzaya uğraması nəticəsində 81 sərnişin və 6 ekipaj üzvü həlak olub. Həlak olan sərnişinlərin 8-i azərbaycanlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR