Bank Of Baku

“Aeroflot” Permdə qəzaya uğrayan təyyarənin məxsus olduğu şirkətlə əməkdaşlığı dayandırıb

“Aeroflot” Permdə qəzaya uğrayan təyyarənin məxsus olduğu şirkətlə əməkdaşlığı dayandırıb
# 15 sentyabr 2008 08:48 (UTC +04:00)
Moskva-APA. “Aeroflot” şirkəti dünən qəzaya uğrayan təyyarənin məxsus olduğu “Aeroflot-Nord” şirkəti ilə əməkdaşlığı dayandırıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, “Aeroflot-Nord” şirkəti sentyabrın 15-dən başlayaraq “Aeroflot” brendindən istifadə edə bilməyəcək və uçuşları öz bayrağı altında həyata keçirəcək. “Aeroflot”un baş direktoru Valeri Okulov bildirib ki, dünən baş verən təyyarə qəzası şirkətin nüfuzuna ciddi ziyan vurub: “Biz öz brendimizi başqa şirkətin istifadəsinə verməyin əvəzini çox ağır ödəmişik”. Qeyd edək ki, dünən Moskva-Perm reysini həyata keçirən təyyarə “Aeroflot”a deyil, onun törəmə şirkəti “Aeroflot-Nord”a məxsusdur. Bu şirkətin səhmlərinin 51 faizə “Aeroflot”a, 49 faizi isə “Aviainvest” şirkəti sahibdir. Valeri Okulov baş verən qəza ilə bağlı özəl təhqiqat apardıqlarını və bəzi versiyalara sahib olduğunu deyil. O bildirib ki, qəzaya görə məsuliyyət “Aeroflot” təyyarələrini icarəyə götürərək uçuşlar həyata keçirən “Aeroflot-Nord” şirkətinin üzərinə düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR