Bank Of Baku

NATO-nun baş katibi Tiflisə gəlib

NATO-nun baş katibi Tiflisə gəlib
# 15 sentyabr 2008 14:26 (UTC +04:00)
Tiflis-APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer və hərbi alyansın 26 ölkəsinin səfiri NATO-Gürcüstan əməkdaşlıq komissiyasının yaradılmasına həsr olunmuş toplantıya qatılmaq üçün Tiflisə gəliblər. APA-nın məlumatına görə, NATO baş katibini səfər proqramına Gürcüstan hakimiyyəti və müxalifəti ilə görüş, Tiflis Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış və Qori şəhərinə səfər daxildir. Səfərdən əvvəl “Rustavi-2” telekanalına açıqlama verən NATO baş katibi bildirib ki, Gürcüstanda olan zaman bu ölkənin Rusiya ilə hərbi münaqişəsinin nəticələrini dəyərləndirəcək: “Bu səfər Gürcüstana NATO üzvlüyünə namizəd statusunun verilməsi istiqamətində həlledici mərhələlərdən biri olacaq”. NATO-nun Gürcüstana birbaşa hərbi yardım göstərmədiyini deyən Yaap de Hoop Sxeffer bildirib ki, hərbi alyans ölkələri ikitərəfli münasibətlər səviyyəsində Gürcüstana maddi yardım göstərə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR